Boksçumuz xatirə turnirində bürünc medal qazandı

Avqust ayının 3-də Rusiyanın Kaspiysk şəhərində yerləşən Əli Əliyev adına idman sarayında Dağıstan Respublikasının tanınmış xadimi Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş 21-ci beynəlxalq boks turniri keçirilib. Yarışda 20-yə yaxın ölkədən 200-dən çox idmançı iştirak edib. Onların arasında “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi də olub.
Çox sayda fəxri qonağın izlədiyi yarışda qızların mübarizəsində Şəhla Allahverdiyeva rinqə çıxıb. Azərbaycan Respublikasının əməkdar məşqçisi Yadigar Məmmədovun rəhbərliyi altında yarışa qızımız 69 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

SHARE
Şərh yaz