“Zirvə” Beynəlxalq İdman Klubunun Final mərhələsi üçün klublarımız arasında daxili seçmə yarışlara artıq start verilib. Onlardan Türkiyə mərhələsi artıq arxada qalıb və nəticələrlər sizi artıq tanış etmişik. Sabah – oktyabrın 25-də isə Bolqarıstandakı filialımız olan “Smolyan-Zirvə”nin çempionatı keçiriləcək.
Klubun rəhbəri Veliçko Çolakovun bizə verdiyi məlumata görə, bu yarışda Bolqarıstanın digər klublarından da ağır atletlər iştirak edəcəklər. Onların çıxışları müsabiqədənkənar xarakter daşıyacaqdır. Çempionatda 60-ya yaxın idmançının iştirakı gözlənilir.