Boyanka Kostova 6-cı yeri şəxsi çəkidə uduzdu – YENİLƏNİB

5

Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında növbəti yarış günü davam edir. Azərbaycan milli komandasının üzvlərindən bu dəfə qadın idmançılarımız çıxırlar. Onlardan ilk olaraq Gülçin Əlizadə qüvvəsini sınayıb. “Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi olan gənc atlet 53 kq çəki dərəcəsinin C qrupunda çıxış edib və toplamda 160 kq-la C qrupunda 8-ci yeri tutub.

Əlizadədən sonra eyni körpücük üzərinə Boyanka Kostova çıxıb. O, B qrupunda yarışıb və uğurlu çıxış edib. 22 yaşlı idmançımız birdən qaldırmada hər üç yanaşmanı düzgün yerinə yetirərək 91 kq, təkanla qaldırmada isə 109 kq nəticə göstərib. Toplamda 200 kq-la Boyanka B qrupunda vahid liderliyi ələ alıb.

Çox uğurlu nəticə qazanan Kostovanın A qrupundakı çıxışlar bitəndən sonra 8-ci yeri tutduğu məlum olub. Ancaq 6 və 7-ci yeri tutan idmançılar da onunla eyni çəkini qaldırıblar. Amma təəssüf ki, şəxsi kəsininin cəmi 26o qram artıq olması Boyankanı iki pillə geri salıb. Hər halda, bu da uğurdur və komandamızın lisenziya xalı qazanmasında böyük rol oynayacaqdır.

boyanka son netice

skorbord boyanka

3 4 1 2

SHARE
Şərh yaz