Boyanka Kostova yenidən Avropa çempionu oldu!

 

Generated by  IJG JPEG Library
Generated by IJG JPEG Library

Aprelin 8-16-sı aralığında Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında Azərbaycan yığması aktivinə ilk qızıl medalı yazıb. Qələbəsinə zərrə qədər də şübhə olmayan Boyanka Kostova 58 kq çəki dərəcəsində rəqiblərinə şans verməyib.

Milli komandamızın üzvü birdən qaldırma hərəkətində ilk yanaşmasını uğurla yerinə yetirən kimi bu hərəkətdə Avropa çempionluğunu təmin edib. Boyanka əvvəlcə 95 kq, sonra 100 kq, sonda isə 105 kq-ı çox rahatlıqla ram edərək qızıl medala sahib çıxıb. Hyustonda keçirilən son dünya çempionatının qalibi 3-cü yanaşmasında ən yaxın izləyicisini düz 15 kq qabaqlayıb.

Təkanla qaldırma hərəkətində də eyni durum yaşanıb. 58 kq-da bütün Avropa və dünya rekordlarının sahibi olan Kostova əvvəlcə 120 kq, sonra isə 130 kq-ı başı üzərinə qaldırdı. 3-cü yanaşma heç bir əhəmiyyət kəsb etmədiyindən atletimiz ondan imtina etdi.

Toplamda 235 kq (105+130) nəticə göstərən Kostova növbəti dəfə Avropa çempionu oldu.

Təbrik edirik!

SHARE
Şərh yaz