Böyük marağa səbəb olan Azərbaycan Kubokunda qaliblər məlum oldu

30 sentyabr – 1 oktyabr tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan Kuboku keçirildi. Ölkənin müxtəlif regionlarını təmsil edən 100-ə qədər atlet müxtəlif çəki dərəcələrində maraqlı medal mübarizəsi apardılar, yüksək nəticələrlə fərqləndilər.

Qarşıdakı beynəlxalq turnirlərə, xüsusilə də Rusiyanın paytaxtı Moskva şəhərində 1-7 noyabr tarixlərində keçiriləcək dünya çempionatına seçmə və sınaq xarakteri daşıyan yarışda qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim edilib. Kuboku çox sayda pauerliftinqsevər izləyib.

Qalib və mükafatçılardan 52 kq çəki dərəcəsində Hikmətli Rasim, 60 kq-da Mirzəyev Elvin, 67.5 kq-da Əliyev Rəşad, 75 kq-da Xəlilov Rövşən, 82 kq-da İmamverdiyev Nüsrət və Xasıyev Anar, 90 kq-da Məmmədov Gündüz və Əhmədov Ramil, 100 kq-da Ağalarov Vüsal, 110 kq-da Hüseynov Ramin, 125 kq-da Hüseynov Razim, 140 kq-da Nəbiyev Niyazi və İsgəndərov Xəyal, +140 kq-da Süleymanov Fuadı qeyd etmək olar.

Qadınlarda 56 kq çəki dərəcəsində Ədilə Qurbanova, 60 kq-da isə Hüseynova Zərifə (dedliftdə 195 kq dünya rekordu nəticəsi) və Həsənova Sevili fərqləndirə bilərik.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz