Bu gün Azərbaycan Ağır Atletikası tarixinin ən güclü atletlərindən biri, dünya və Avropa çempionu, hazırda “Zirvə” İdman Klubunun baş məşqçisi olan Hafiz Süleymanovun ad günüdür! Məşqçimizin 45 yaşı tamam olur.
Həm güclü idmançı olmuş, həm də çox güclü məşqçilik bacarığıyla seçilən mütəxəssisin tələbələri dünya və Avropa çempionatlarında ölkəmizi uğurla təmsil edirlər. Yaşından asılı olmayaraq klubumuzun hər bir üzvünə diqqətlə yanaşan, problemləriylə maraqlanan, müvafiq tapşırıq və məsləhətlərini verən Hafiz müəllim, hamımızın sevimlisidir.
“Zirvə” İdman Klubunun bütün üzvlərinin adından onu bu yubiley münasibətilə təbrik edir, Allahdan ona uzun ömür və can sağlığı diləyir, işlərində böyük müvəffəqiyyətlər arzulayırıq.
Təbrik edirik!