Builki birinci beynəlxalq medalımız İsraildə qazanıldı

oleg

Builki-birinci-beynelxalq-medalimiz-israilde-qazanildiDünən İsrailin paytaxtı Təl-Əviv şəhərində böyüklər arasında ağır atletika üzrə Avropa çempionatı start götürüb. Bu yarışda “Kişinyov-Zirvə” İdman Klubunun nümayəndələri də iştirak edirlər. Onlardan biri – Oleq Sırqi dünən körpücük üzərinə çıxaraq qüvvəsini sınayıb.

O, 56 kqçəki dərəcəsində mübarizə aparıb. Oleq birdən qaldırma hərəkətində109 kq nəticə göstərərək mükafatçılar sırasına düşə bilməyib. Sırqi təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 146 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa çempionatının gümüş medalına sahib çıxıb

Oleq toplamda 255 kq ilə 4-cü yeri tutub.

Bu medal klubumuzun bu il beynəlxalq arenada qazandığı ilk medaldır. Bu münasibətlə Oleq Sırqi, onun  məşqçiləri və klubumuzun bütün nümayəndələritəbrik edirik.

SHARE
Şərh yaz