Final mərhələsində oğlanlar arasında növbəti mübarizə 30 kq çəki dərəcəsində oldu. Qızıl medal qazanmaq üçün üç idmançı sona qədər rəqabət aparsa da, sonda çox kiçik fərqlə Elvin Şükürzadə qalib oldu. O, toplam 72 kq (32+40) çəkini qaldırdı. Maraqlıdır ki, gümüş medal qazanan adaşı Abbasov da eyni çəkini qaldırdı. Ancaq Şükürzadə rəqibindən cəmi 100 qram yüngül olduğundan çempion oldu. Üçüncü yeri tutan Rəhimov Müşfiq təkanla qaldırmada onların hər ikisindən güclü olsa da, birdən qaldırmada uduzması, ona yalnız bürünc medal qazanmaq imkanı verdi.
[nggallery id=159]
30 kq
N | İdmançı | Təvəllüd | Şəhər | Çəki | Birdən | Təkanla | Cəmi |
1. | Şükürzadə Elvin | 2003 | Lənkəran | 29.0 | 32 | 40 | 72 |
2. | Abbasov Elvin | 2004 | Goranboy | 29.1 | 32 | 40 | 72 |
3. | Rəhimov Müşfiq | 2001 | İsmayıllı | 28.2 | 28 | 42 | 70 |
4. | Məmmədli Ədalət | 2004 | İsmayıllı | 29.3 | 30 | 38 | 68 |
5. | Alxasov Saleh | 2001 | Lerik | 28.6 | 29 | 38 | 67 |
6. | Məmmədzadə Əli | 2002 | Lənkəran | 29.7 | 28 | 33 | 61 |
7. | Məmmədzadə Nurlan | 2004 | Qazax | 27.9 | 25 | 33 | 58 |
8. | Qarazadə Nəcməddin | 2003 | Neftçala | 28.2 | 24 | 33 | 57 |
9. | Qafarlı Əli | 2005 | Lənkəran | 25.6 | – | – | – |