Cənub-Elit yığması növbəti mərhələdə!

Bakcell-Elite-Cup-Final

Futbol üzrə Cənub-Elit yığması “Bakcell U-14 Elit Kuboku” turnirində iştirak edib. Bu komandanın heyətində “Zirvə” Beynəlxalq İdman Klubunun futbolçuları da yer alıblar.
Paytaxda keçirilən oyunlarda Cənub-Elit yığması ilk olaraq “Qarabağ” FK ilə qarşılaşıb. Komanda 2:0 hesabı ilə öndə olsa da, 3:2 hesabi ilə məglub duruma düşüb. Ancaq bunun əvəzində qrupdakı digər rəqib – “Rəvan” FK üzərinə gözəl qələbə qazanılıb. Cənub yığması rəqibini 5:0 hesabı ilə meydançaya çıxmağına peşman edib. Bu nəticə ilə komanda növbəti mərhələyə vəsiqə əldə edib. Bu dəfə rəqib güclü “Neftçi” PFK olacaq. Onlara uğurlar diləyirik!

SHARE
Şərh yaz