AFFA bayrağı altında futbol üzrə aşağı yaş liqaları üzrə Cənub zonasındakı yarışlar davam edir. Burada çıxış edən “Zirvə” komandaları növbəti qələbələrini qazanıblar. “Zirvəçilər” həm üstün futbol, həm də yaxşı nəticələrlə öz yaş qruplarında liderliklərini davam etdirirlər.
Bu həftəsonu 6-cı turun oyunları keçirilib. Lənkəran “Zirvə” komandaları öz liqalarında “Alyans” və “Xəzər 92”-yə qalib gəlməklə bizləri sevindiriblər.
U-10 Liqası.
“Alyans” – “Zirvə-Lənkəran” 1:3
U-12 liqası.
Xəzər 92 (Lənkəran) – “Zirvə-Lənkəran” 0:2