Cənub futbol komandalarımız çıxışlarını davam etdirir

“Zirvə”nin futbol ənənələrini davam etdirən cənub komandalarımız AFFA-nın bayrağı altında aşağı yaş qrupları üzrə çempionatlarda çıxış edirlər. 11, 12, 13 və 14 yaşlı gənc futbolçularımız çox sayda qələbələr qazanmasalar da, nümayiş etdirdikləri əzmkarlıq təqdirəlayiqdir. Bu oyunlardan biri dünən baş tutub. “Zirvə” U-14 komandası Masallının “Azad” klubu ilə qarşılaşıb 0:3 hesabı ilə məğlub olub. Ancaq komandamız sona qədər mübarizə apararaq gələcək qələbələrin mesajını verməyi bacarıblar.

Uğurlar diləyirik!

SHARE
Şərh yaz