Cənub regionun futbolçularımızın uğurlu çıxışları davam edir

ffAFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları arasında Cənub regionu üzrə yarışlar davam edir. Hava şəraitinin əlverişsiz olması üzündən bir neçə həftə ara verilən oyunlar nəhayət, davam etdirilib. 5 yaş qrupunda yarışların 4-cü turunun qarşılaşmaları baş tutub. “Zirvə” təmsilçiləri də mübarizəyə qoşularaq yaxşı nəticələrlə fərqləniblər.
U-10 komandamiz “Lənkəran-Zirvə” UGİM-li həmyerlilərinin 5:2 hesabı ilə məğlub ediblər.
U-11 qrupunda “Lənkəran-Zirvə” yenidən UGİM-lə qarşılaşıb və 3:2 hesabı qalib gəlib.
U-13 komandamız “Lənkəran-Zirvə” Astara UGİM-i ilə 1:1 hesabı bərabərə qalıb.
U-14 qrupunda da “Lənkəran-Zirvə” Astara UGİM-i ilə üz-üzə gəlib və bu dəfə 2:0 hesabı ilə qalib gəlib.

Ənənəvi olaraq, saytımızda turun ən yaxşılarını seçirik. Bu həftənin qalibləri bunlardır:

U-10 komandamız: Sadiq Abdulov

U-11 komandamız: Bəşir Ağazadə

U-13 komandamız: Zeynal Axundov (Zeynaldo)

U-14 komandamız: Məhəmməd Mehtiyev

SHARE
Şərh yaz