Cənub RFF-nin növbəti hesabat konfransı keçirilib


Lənkəran şəhərində yerləşən Gənclər Mərkəzində Cənub RFF-nin növbəti hesabat konfransı keçirilib.

Konfransda 9 rayondan olan nümayəndələr iştirak ediblər. Tədbir zamanı yerli Regional FF-nın prezidentinin hesabatı dinlənilib və fəaliyyət qənaətbəxş hesab edilib. Konfransda növbəti məsələ isə CRFF-na yeni prezidentin seçilməsi idi ki, bu vəzifəyə də növbəti 4 il üçün yekdilliklə Sakin Məmmədzadə təyin edilib.

Konfransın sonunda ilin yekunları ilə bağlı cənub bölgəsində futbolun inkişafında göstərdiyi xidmətlərə görə bir neçə şəxsə və 10-a yaxın futbol veteranına diplom və qiymətli hədiyyələr təqdim olunub.

Sakin Məmmədzadə “Zirvə” Beynəlxalq İdman Klubunun futbol şöbəsi üzrə məsul şəxslərdəndir. Onu yenidən CRFF prezidenti postuna seçilməsi münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq.

SHARE
Şərh yaz