Cənub RFF Tofiq Heydərov, “Zirvə” və AAAF TV-ni 2016-ci ilin ən yaxşısı elan etdi!

crffCənub Regional Futbol Federasiyası regionu təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib. Ümumilikdə, 8 nominasiyada ən yaxşılar seçilib. Sevindiricidir ki, qaliblər sırasında klubumuzun və ümumilikdə şirkətimizin üzvlərinin də adları var. Belə ki, “Zirvə” Beynəlxalq İdman Klubunun təsiscisi və prezidenti Tofiq Heydərov, həmçinin klubun rəsmi saytı və AAAF TV 2016-cı ildəki fəaliyyətlərinə görə müvafiq nominasiyalarda mükafata layiq görülüblər.
Buna görə, Cənub RFF-nin rəhbərliyinə təşəkkür edir, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərimizin daha da sıx olmasını arzulayırıq.
Qaliblərin tam siyahısı aşağıdakı kimidir:

1. İlin futbol adami:
Tofiq Heydərov – “Zirvə” Beynəlxalq İdman Klubunun təsiscisi və prezidenti Cənub Regionunda “Zirvə” Futbol Klubunun yaradılmasına və yeniyetmə komandalara göstərdiyi dəstəyə görə.

2. İlin ən yaxşı gənc futbolçuları:
1. Elnur Cəfərov – Azərbaycan U-19 yığması (Lənkəran)
2. Xəqani Sadiqov – Azərbaycan U-17 yığması (Cəlilabad)
3. Murad Məmmədli – Azərbaycan U-16 yığması (Astara).

3. İlin ən yaxşı futbol məşqçiləri:
1. Xalid Ağayev (UGİM Lənkəran) – qızlardan ibarət yığma komandanın baş məşqçisi.
2. Cavid Quliyev (Cəlilabad).
3. Möhsün Tağıyev (Masallı).
4. Etibar Axundov (Astara).

4. İlin ən fəal rayon federasiya nümayəndəsi:
1. Afaq Qurbanov (Astara).
2. Rovşən Süleymanov (Masallı).
3. Aydan Aslanov (Neftçala).

5. Cənub regionunda futbol sahəsini işıqlandıran ilin ən yaxşı KİV nümayəndəsi:
Kənan Məstəlıyev – Rekord.az
Rüfət Nadirov – Sportarena.az

6. Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-ləri:
zirve-ik.com “Zirvə” Beynəlxalq İdman Klubunun rəsmi saytı
aaaf.tv – “AAAF TV”-nin rəsmi saytı.

7. Uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə seçilən ilin ən yaxşıları:
– Açıq Əyləncəli Futbol Məktəbi Azərbayacan Nümayəndəliyi
– Coca-cola şirkəti (Məktəli Kuboku yarışlarının təşkilinə görə)

8. İlin veteran futbolçuları:
1. Abdullayev Rasim Nəriman oğlu (60 yaş)
2. Qarayev Namik Əliheydər oğlu (65 yaş).
3. Rzayev Elşad Baba oğlu (55 yaş).

SHARE
Şərh yaz