
Cənub Regional Futbol Federasiyası ənənəvi olaraq regionu təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla, ilin ən yaxşılarını müəyyənləşdirib. Ümumilikdə, 9 nominasiyada ən yaxşılar seçilib. Sevindiricidir ki, qaliblər arasında yenə də “Zirvə” təmsilçiləri var.
İlin ən gənc (bombardirləri) futbolçuları sırasında AFFA-nın cənub regionunun müxtəlif yaş qurupları üzrə Lənkəran və Cəlilabad şəhərində keçirilən yarışların nəticələrinə əsasən, “Zirvə-Lənkəran”lı Məhəmməd Sultanzadə (23 qol) ən yaxşı seçilib.
İlin ən yaxşı futbol məşqçiləri nominasiyasında “Zirvə-Lənkəran”ın məşqçiləri Röyal və Xəyal Abbasovlar qalib adına layiq görülüblər.
Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-ləri sırasında isə klubumuzun rəsmi saytı “zirve-ik.com” qalib elan edilib.
Bu mükafatlara görə Cənub Regional Futbol Federasiyası, onun rəhbəri Sakin Məmmədzadəyə təşəkkür edir, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Qalibləri və ümumilikdə klubumuzu bu uğur münasibətilə təbrik edirik. Əminik ki, 2018-ci ildə əldə edilən nailiyyətlər yeni ildə də davam edəcək, adımız daima zirvəlrdə çəkiləcəkdir.