Cənub RFF “Zirvə” İdman Klubunun saytını 2017-ci ilin ən yaxşısı seçdi!

Cənub Regional Futbol Federasiyası regionu təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib. Ümumilikdə, 8 nominasiyada ən yaxşılar seçilib. Sevindiricidir ki, onların içərisində “Zirvə” də var. Belə ki, “İlin ən yaxşı futbol məşqçiləri” sırasında “Zirvə” (Lənkəran) futbol klubunun məşqçisi Namik Qarayev qalib adını qazanıb. “İlin ən yaxşı” KİV-i adına “Zirvə” İdman Klubunun rəsmi saytı – zirve-ik.com layiq görülüb.
Göstərilən etimada görə, Cənub RFF-ə təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Regiondakı fəaliyyəti ilə həmişə müsbət sözlərə layiq olan federasiyaya işlərind daima uğurlar, müvəffəqiyyətlər arzulayırıq!

Bütün nominasiya və qaliblərin siyahısı aşağıdakı kimidir:

1. İlin futbol adamı:
İsgəndər Cavadov – AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin sədri.
Region Liqasının təşkili və keçirilməsində müstəsna fəaliyyətinə görə.

2.İlin ən gənc (bombardirləri) futbolçuları:
AFFA-nın Cənub Regionunun müxtəlif yaş qurupları üzrə Lənkəran və Cəlilabad şəhərində keçirilən yarışların nəticələrinə əsasən;
U-10 Liqası
– Kərim Tağıyev (“Masallı”, Cəlilabad şəhəri, 18 qol)
– Ümüd Qurbanov (UGİM Astara, Lənkəran şəhəri, 21 qol).
U-11 Liqası
– Elcan Sultanlı (“Ümüd” Cəlilabad, Cəlilabad ş. 18 qol)
– Ələkbər Rzazadə (“Xəzər-Lənkəran”, Lənkəran ş. 9 qol)
U-12 Liqası
– Rafail Həsənov (“Masallı”, Cəlilabad ş. 6 qol)
– Elmar Məmmədov (“Xəzər-Lənkəran”, Lənkəran ş. 6 qol)
U-13 Liqası
– Rafail Qurbanov (“Boradigah” Masallı, Lənkəran ş. 17 qol)
– Ələkbər Hüseynov (UGİM Neftçala, Cəlilabad ş. 10 qol)
U-14 Liqası
– Rəşad Manafov (“Neftçi” İK- İB Neftçala, Cəlilabad ş. 16 qol)
– Nihad Cabbarov (UGİM Astara, Lənkəran ş. 9 qol).

3. İlin ən yaxşı futbol məşqçiləri:
– Namik Qarayev – “Zirvə“ (Lənkəran)
– Röyal və Xəyal Abbasovlar – “Xəzər-Lənkəran”
– Ramil Həsənov – “Ərkivan” (Masallı)
– Ümüd Hüseynov – “Boradigah” (Masallı)

4. İlin ən fəal rayon federasiya nümayəndəsi:
– Rövşən Süleymanov (Masallı)
– Fəryaz İbayev (Yardımlı)
– Afaq Qurbanov (Astara)
– Mehman İbrahimov (Neftçala)

5. Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-lər:
– “Zirve-ik.com” // “Zirvə” İdman Klubunun rəsmi saytı.
– “Sportarena.az” saytı

6. Uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə:
– Açıq Əyləncəli Futbol Məktəbi Lahiyəsinin Azərbaycan Nümayəndəliyi.

7. Futbolun inkişafına göstərdiyi dəstəyə görə;
Taleh Qaraşov – Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
– Region Liqasinda iştirak edən komandaya dəstəyə görə.

8. İlin veteran futbolçuları
1. Məmmədov Adil – 70 yaş, Lənkəran
2. Kərimov Şahəddin – 60 yaş, Cəlilabad
3. Hafiz Əliyev – 60 yaş, Lənkəran.

 

SHARE
Şərh yaz