“Zirvə” Beynəlxalq İdman Klublarının futbol komandaları fəaliyyətini davam etdirir. AFFA-nın aşağı yaş qrupları üzrə yarışlarında cənub zonasında klubumuzu 4 komanda təmsil edir. “Zirvə” Peşəkar Futbol Klubu təcrübəli mütəxəssis Sakin Məmmədzadənin bilavasitə rəhbərliyi ilə burada yarışlara 11, 12, 13 və 14 yaşlılardan ibarət komanda ilə qatılıb.
Komandalarımıza məşqləri Cəlal Məmmədov keçir. Onun yetirmələri bu günə qədər keçirdiyi matçlarda yaxşı nəticələrlə yadda qalıblar. Mövsümə yenilənmiş heyətlə qatılan “Zirvə”yə uğurlar arzulayır, səslərinin daima zirvələrdən gəlməsini diləyirik!