Çeşir Avropa bürüncünü qazandı

cechir

İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən böyüklər arasında Avropa çempionatı davam edir. Yarışda “Kişinyov-Zirvə” İdman Klubunun nümayəndələri də iştirak edirlər. 56 kq çəki dərəcəsində təkanla qaldırmada Oleq Sırqinin gümüş medal qazanmasından sonra, dünən daha bir atletimiz – Sergey Çeşir mübarizəyə qoşulub. O, 69 kq çəki dərəcəsində çıxış edib.

Atlet birdən qaldırmada 143, təkanla qaldırmada isə 172 kq nəticə göstərib. Çeşir birdən qaldırmada ikinci, təkanla qaldırmada isə üçüncü yeri tutub. Toplamda 315 kq nəticə göstərən Sergey Avropa çempionatının bürünc medalına sahib çıxıb.

 

Təbrik edirik!

SHARE
Şərh yaz