Çeşir B qrupunda 1-ci yeri tutdu!

ce 2Rio-De-Janeyrodakı 31-ci Yay Olimpiya Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün kişilərin mübarizəsində “Kişinyov-Zirvə” atleti Sergey Çeşir 69 kq çəki dərəcəsində B qrupunda körpücük üzərinə çıxıb. Təmsilçimiz uğurlu çıxışla yadda qalıb.
Sergey birdən qaldırmada 144, təkanla qaldırmada 178 kq-ı ram edə bilib. Toplam 322 kq (144+178) nəticə ilə Çeşir B qrupunda 1-ci yerə çıxıb. Onun yekun sıralamada neçənci yeri tutacağı A qrupundakı çıxışlar başa çatandan sonra məlum olacaq.
Atletimizi təbrik edir, uğurlar arzulayırıq!

cechir 1

SHARE
Şərh yaz