Ceyhun Tağızadə qızıl medal qazandı

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayır.

İkinci yarış günündə növbəti maraqlı mübarizə 85 kq çəki dərəcəsində gedib. Qızıl medalın sahibini kiçik məqam müəyyən edib.

Lənkəranlı atlet Ceyhun Tağızadə toplam 318 kq (145+173) nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalı boynundan asıb. Sumqayıtlı gümüş medalçı Kamran İsmayılov da eyni nəticə 318 kq (142+176) göstərsə də, yekun çəkini rəqibindən daha gec qaldırdığına görə ikinciliklə kifayətlənib.

Bürünc medal toplam 312 kq (146+166) nəticə göstərən paytax atleti Sənan Mirzəyevə qismət olub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 85 kq. A qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tağızadə Ceyhun 1995 Lənkəran Zirvə 83.30 145 173 318
2. İsmayılov Kamran 1993 Sumqayıt Zirvə 85.00 142 176 318
3. Mirzəyev Sənan 1999 Bakı Spartak 84.80 146 166 312
4. Səlimov Fuad 1999 Bakı Spartak 81.80 125 166 291
5. Şükürlü Mayıl 2001 Bakı Təhsil 77.50 115 135 250
6. İmranov Rövşən 1999 Bakı Spartak 80.50 100 140 240
7. Səmədli Ümid 1997 Neftçala Zirvə 82.20 107 116 223
8. Əliyev Ayaz 1996 Bakı Spartak 83.90 105 0 0
9. Qocayev Emin 1988 Gəncə Təhsil 84.10 0 0 0
10. Bağırov Emil 1997 Abşeron Zirvə 85.00 115 0 0

 

SHARE
Şərh yaz