Çimərlik futbolu üzrə “Zirvə Kuboku” keçirildi

2
“Zirvə” Beynəlxalq İdman Klubu ağır atletika ilə yanaşı, digər idman növlərinə də diqqət ayırması ilə seçilir. Cüdo, gimnastika və futbol komandalarımız mütəmadi olaraq istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda uğurla iştirak edirlər. Eyni zamanda, klubumuz müxtəlif yarışlar təşkil edərək bütün növlərin inkişafını təmin etməyə çalışır. Bugünlərdə AAAF Park Astara ərazisində yeni salınan çimərlik futbolu meydançasında Cənub Regional Futbol Federasiyası və ”Zirvə” BİK-in birgə təşkil etdikləri “Zirvə Kuboku” da bu qəbildəndir.
Turnirdə Lənkəran, Masallı, Cəlilabad, Lerik və Bakı şəhərini təmsil edən idmançılar iki yaş qrupu – 2002 və 2003-cü il təvəllüdlü – üzrə mübarizə aparıblar. Kubokda 14 komanda çıxış edib. Turnir Olimpiya sistemi ilə keçirilib.
2002-ci il təvəllüdlü yeniyetmələrin yarışının finalında Lənkəranın “Zirvə” komandası cəlilabadlı həmyaşıdlarına qalib gələrək Kuboka sahib çıxdılar.
2003-cü il təvəllüdlü yeniyetmələrin yarışının finalında isə Bakı təmsilçiləri lənkəranlı həmklublarına qalib gələrək Kuboku başları üzərinə qaldırdılar.
Təşkilatçılar tərəfindən qalib və mükafatçılara xatirə medalları və diplomlar təqdim edildi. Qeyd edildi ki, yüksək səviyyədə təşkil olunan bu yarışın ənənəvi xarakter alması planlaşdırılır.
Sizi nəticələr və fotolarla tanış edirik:
2002-ci illər
Boradigah (Masallı) – “Xəzər 92” (Lənkəran) 4:5
Lerik – “Zirvə” (Lənkəran) 0:6
Masallı – Cəlilabad 4:6
“Xəzər-92” – “Zirvə” (Lənkəran) 1:2
Cəlilabad – “Zirvə” (Bakı) 3:0

Final
Zirvə (Lənkəran) – Cəlilabad 6:0
***
2003-cü illər
Boradigah (Masallı) – “Xəzər-92” 3:2
Lerik – “Zirvə” (Lənkəran) 1:3
Masallı – Cəlilabad 3:2

Yarimfinal
Boradigah (Masallı) – “Zirvə” (Lənkəran) 0:4
Masallı – “Zirvə” (Bakı) 3:4

Final
“Zirvə” (Lənkəran) – “Zirvə” (Bakı) 1:2

1 2 3 4 5 6 7 8 9 91 92

SHARE
Şərh yaz