Oktyabrın 15-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında 2001-2005-ci il təvəllüdlü oğlanlar arasında “Zirvə” Beynəlxalq İdman Klubunun Müstəqillik Gününə həsr olunmuş cüdo birinciliyi keçiriləcək. Ənənəvi turnirdə oğlanlar – 30, 34, 38, 42, 46, 50, 55 və 66 çəki dərəcələrində mübarizə aparacaqlar. Birincilikdə klubumuzun Lənkəran, İsmayıllı, Abşeron, Sumqayıt və Bakı filialları tatami üzərinə çıxacaqlar.
Yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.
I-II-III yerləri tutan idmançılar “Zirvə” Beynəlхalq Idman Klubunun Fəхri Fərmanı və hədiyyələri ilə mükafatlandırılacaq.