Oktyabrın 4-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun cüdo üzrə açıq birinciliyi keçiriləcək. Yarışda 2003-2004-2005-ci il təvəllüdlü oğlanlar iştirak edəcəklər. Onlar -24, 24, 30, 34, 38, 42, 46, 50, 55, +55 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Səhər saat 9-da bütün çəki dərəcələrində çəki olacaq.
Birincilikdə “Zirvə”nin Badamdar, Sumqayıt, Masazır, Xırdalan, Lənkəran və İsmayıllı filiallarının nümayəndələri iştirak edəcəklər. Yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdocularının müəyyən edilməsı, idmançıların idman ustalığının artırılması və təkmillləşdirməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.
Hamınızı bu maraqlı turniri izləməyə dəvət edirik!