Fevralın 1-də “Sumqayıt Zirvə Kompleksi”ndə 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında “Zirvə” İdman Klubunun daхili cüdo yarışı keçirildi. Turnirdə oğlanlar – 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və +66 kq çəki dərəcələrində mübarizə apardılar.
Birincilikdə paytaxt və bölgələrdən gəlmiş yüzə yaxın gənc cüdoçu iştirak etdi. İdmançıların qələbə əzmini görmək xoş idi. Tatami üzərində müxtəlif fəndlər, rəngarəng gedişlər, həyəcan, döyüşkənliyin şahidi olduq. Sonda I-II-III yerləri tutan idmançılar «Zirvə» Beynəlхalq Idman Klubunun Fəхri Fərmanı, medal və hədiyyələri ilə mükafatlandırıldılar.
Komanda hesabında Abşeron-Zirvə cüdoçuları qalib adını qazandılar. 4 qızıl və 2 gümüş medal əldə edən Hətəm Əhmədovun yetirmələri ilk pillədə qərarlaşdılar. 2 qızıl, 1 gümüş və 7 bürünc qazanan Bakı-Zirvə ikinci, 2 qızıl, 1 gümüş və 6 bürüncü olan İsmayıllı-Zirvə üçüncü yeri tutdular. Sumqayıt-Zirvə cüdoçularının aktivinə 1 qızıl, 5 gümüş və 1 bürünc medal yazıldı.
Yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.
Bütün nəticələrlə aşağıda tanış ola bilərsiniz:
30 kq | ||
Yer | Adı | Şəhər |
1. | Abbasov Xəzər | Abşeron |
2. | Həsənli İlkin | Bakı |
3. | Məmmədov Qubad | İsmayıllı |
3. | Cabbarov Vüsal | İsmayıllı |
34 kq | ||
1. | Əlizadə Hidayət | Abşeron |
2. | Baxışlı Murad | İsmayıllı |
3. | Mirzəağayev Rəsul | Bakı |
3. | Məmmədov Musa | Bakı |
38 kq | ||
1. | Ağamirov Umud | İsmayıllı |
2. | Abbasov Ayxan | Sumqayıt |
3. | Mehdiyev Məhərrəm | İsmayıllı |
3. | Budaqov Mustafa | Bakı |
42 kq | ||
1. | Yaqublu Araz | Abşeron |
2. | Həsənov Əli | Abşeron |
3. | Əsədov Elşən | Bakı |
3. | Bəhramov Səbuhi | Bakı |
46 kq | ||
1. | İsayev Sədi | Bakı |
2. | Əhmədov Elvin | Abşeron |
3. | Abbasov Əli | İsmayıllı |
3. | Ağayev Yusif | Bakı |
50 kq | ||
1. | Cəlilov Rəvan | Abşeron |
2. | Əbilov Təbriz | Sumqayıt |
3. | Qəniyev Şahin | İsmayıllı |
55 kq | ||
1. | Hüseynov Mehman | İsmayıllı |
2. | Əbilov Samir | Sumqayıt |
3. | Bağırov Rəhman | Sumqayıt |
3. | Ağamalıyev Rəsul | İsmayıllı |
60 kq | ||
1. | Həsənov Orxan | Bakı |
2. | Əliyev Rafael | Sumqayıt |
66 kq | ||
1. | Nəzərli Ülvi | Abşeron |
+66 kq | ||
1. | Qasımov Rauf | Sumqayıt |
2. | Sadıqov Elsevər | Sumqayı |
3. | Əliyev Nihat | Bakı |