Martın 26-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında 2003-2004-cü il təvəllüdlü oğlanlar arasında “Zirvə” Beynəlxalq İdman Klubunun cüdo birinciliyi keçirilib. Ənənəvi turnirdə oğlanlar – 30, 34, 38, 42, 46, 50, 55 və 60 çəki dərəcələrində mübarizə aparıblar. Birincilikdə klubumuzun Lənkəran, İsmayıllı, Abşeron, Sumqayıt və Bakı filialları tatami üzərinə çıxıblar.
Medal sayına görə “Sumqayıt-Zirvə” hamıdan güclü olub. İkinci pillədə “Abşeron-Zirvə” qərarlaşıb, üçüncülük isə “İsmayıllı-Zirvə”yə qismət olub.
Yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.
I-II-III yerləri tutan idmançılar «Zirvə» Beynəlхalq Idman Klubunun Fəхri Fərmanı və hədiyyələri ilə mükafatlandırılıblar.
Medalçıların siyahısı və yarışdan şəkillərlə aşağıda tanış ola bilərsiniz:
30 kq
1. Şirin Muradov
2. Murad Mustafayev
3. Məhəmməd Budaqlı
3. Ayxan Mirzəzadə
34 kq
1. Murad Əliyev
2. Ayxan Şirinzadə
3. Abbas Abbasov
3. Elxan Mirzəzadə
38 kq
1. Oruc Hacıyev
2. Qaçay Əhmədov
3. Umud Süleymanov
3. Elcan Ağalarzadə
42 kq
1. Aydın Şirinzadə
2. Bəhram Hüseynov
3. İsgəndər Həsənov
46 kq
1. Ayxan Abbaslı
2. Ramiz Baydullayev
3. Namiq Məmmədli
3. Sadiq Həsənli
50 kq
1. Xəlil Babayev
2. Elcan Azməmmədov
3. Nicat Şahməmmədov
55 kq
1. İsmayıl Nəcəfov
2. Nicat Hüseynov
3. İbrahim Mirzəyev
3. Elnur Ağazadə
60 kq
1. Novruz Kərimov
2. Murad Eyvazov
3. Əhməd Əliyev
3. İlkin Səkiyev