İyulun 15-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında cüdo üzrə yeniyetmə oğlanlar arasında ənənəvi açıq “Zirvə” birinciliyi keçirilib. Yarışda 2004-06-cı il təvəllüdlü yeniyetmə idmançılar iştirak edib. Təxminən yüzə yaxın cüdoçunun tatami üzərinə çıxdığı yarışda 7 komanda 10 çəki dərəcəsində – 24, 27, 30, 34, 38, 42, 46, 50, 55 və +55 kq – medallar uğrunda mübarizə aparıb.
Yarış maraqlı mübarizə şəraitində keçib. 3 qızıl və 4 bürünc medal qazanan “Sumqayıt-Zirvə” təmsilçiləri bütün rəqiblərindən üstün olaraq mütləq qalib adını qazanıblar. Növbəti yerləri müvafiq olaraq “Fərid İK” və “Abşeron-Zirvə” tutub.
I-II-III yerləri tutan idmançılar «Zirvə» Beynəlxalq Idman Klubunun diplom və medalları ilə mükafatlandırıblar.
Bütün qalib və medalçıları təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!
Yarışdan video, foto və nəticələrlə aşağıdakı tanış ola bilərsiniz:
24 kq
- Ömər Bağırlı (Sumqayıt)
- Turan Nuqiyev (Fərid)
- Vüqar Məmmədov (Sumqayıt)
27 kq
- Kamran Heydərli (Fərid)
- Turac Vəlizadə (Abşeron)
- İsmayıl Tağıyev (Abşeron)
- Samir Həsənov (İsmayıllı)
30 kq
- Şirin Muradov (Sumqayıt)
- Ramin Nağdıyev (Fərid)
- Murad Mustafayev (Sumqayıt)
- Məhəmməd Budaqlı (Bakı)
34 kq
- Elxan Mirzəzadə (İsmayıllı)
- Emin Həsənov (Abşeron)
- Murad Balacayev (Sumqayıt)
- Cahangir Xələfli (İsmayıllı)
38 kq
- Murad Əliyev (Abşeron)
- Hüseyn Əmirəlizadə (Bakı)
- Malik Qardaşxanov (Bakı)
- Vüsal Ağalarov (Bakı)
42 kq
- Cavanşir Salayev (Lənkəran)
- Sakit Səlimov (Fərid)
- Alper Məmmədgil (Abşeron)
- İsgəndər Həsənov (İsmayıllı)
46 kq
- Sadiq Həsənli (Bakı)
- Arif Eyvazov (İsmayıllı)
- Mirpaşa Abulov (İsmayıllı)
- Əbdül Məmmədov (Bakı)
50 kq
- Xudabaxış Əliyev (Fərid)
- Elcan Azməmmədov (Abşeron)
- Məmməd Məmmədov (Abşeron)
- Ayxan Abbaslı (Sumqayıt)
+ 55 kq
- Murad Eyvazov (Sumqayıt)
- Elxan Əhmədov (İsmayıllı)
- Sənan Azadov (Abşeron)