Sentyabr ayının 29-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında cüdo üzrə 2005-2006-cı il təvəllüdlü oglanlar arasında Zirvə Beynəlxalq İdman Klublarının açıq birinciliyi keçirilib. Yarışda Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən klubumuz və digər klub və cəmiyyətlərin ölkənin müxtəlif bölgələrindən yüzdən çox idmançı iştirak edib.
Birinciliyin təşkilində məqsəd cüdo idman növünün bölgələrdə təblıği və inkişafı, yenıyetmələr arasında dostluq əlaqələrinın yaradılması, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsı, Respublika və şəhər birinciliklərində iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.
Qaliblər 34, 38, 42, 46, 50, 55, 60, 66, 73 və +73 kq çəki dərəcələrində müəyyən ediliblər. Yarışda I-II-III yerləri tutan idmançılar “Zivə Beynəlxalq İdman klubları tərəfindən Fəxri Fərman, medal və hədiyyələrilə mükafatlandırılıblar.
Qalib və mükafatçıların adları ilə aşağıda tanış ola bilərsiniz: