Cüdoçu qızımız uğur qazandı

cf

Cüdo üzrə yeniyetmələrin ölkə birinciliyinə yekun vurulub. Dekabrın 3-də start götürüb, 3 gün davam edən yarış “Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilib. Birincilikdə “Zirvə” İdman Klubunun cüdoçusu da çıxış edib.

“İsmayıllı-Zirvə” Klubunun təmsilçisi olan Abdullayeva Nərmin 2000-ci il təvəllüdlü qızların yarışında iştirak edib. O, 63 kq çəki dərəcəsində bürünc medal qazanaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Məşqçi Əkbər Şəfəqətovun tələbəsi olan qızımızı təbrik edir, ona daha böyük uğurlar qazanmasını arzulayırıq!

SHARE
Şərh yaz