Cüdoçu qızlarımız ölkə birinciliyində uğurla çıxış etdilər

12341086_492547314259237_7514976680570605528_n

Dekabrın 16-da Bakı İdman Sarayında cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb. Yarışda respublikamızın müxtəlif bölgələrindən 500-ə yaxın idmançı mübarizə aparır. Yarış dekabırın 17-si və 18-i davam etdiriləcək.
Ənənəvi olaraq Respublika səviyyəli yarışlarda “Zirvə” İdman Klubunun üzvləri də çıxış edirlər. Bu dəfə də cüdoçularımız qüvvələrini sınayıblar və uğur qazanıblar.
Qızların yarışında 57 kq çəki dərəcəsində yarışan Mehdiyeva Zəhra finala qədər irəliləyib və gümüş medala sahib çıxıb. 70 kq çəki dərəcəsində isə Abdullayeva Nərmin mübarizə aparıb. O, bu çəkidə bürünc medal qazanıb.
Hər iki cüdoçumuz “İsmayıllı-Zirvə” klubunu təmsil edirlər. Artıq Respublika birinciliyində yaxşı çıxış etmələri milli komandanın məşqçilərinin də diqqətini cəlb edib. Qızlarımız yeniyetmələrdən ibarət yığmaya dəvət alıblar.
İdmançılarımız təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

12366208_492547460925889_3564937128346647151_n12345635_492548177592484_7028888429888258839_nIMG-20151217-WA0006

SHARE
Şərh yaz