Nyabrın 23-24-də “Sərhədçi” İdman Olimpiya Kompleksində kişilər və qadınlar arasında açıq Bakı çempionatı keçirilib. Yarışda 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizə aparıb.
Onların arasında “Zirvə” cüdoçuları da olub. 57 kq-da Leyla Qurbanova bürünc, 70 kq-da isə Günel Həsənli qızıl medala sahib çıxıb.
Paytaxt çempionatının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub. Yarışda yaxşı nəticə göstərən cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında mübarizə aparacaqlar.
Qızlarımızı və onların uğurunda əməyi olan məşqçilərimizi təbrik edir, gələcək yarışlarda da qələbələr qazanmalarını arzulayırıq!