Cüdoçular da “5-ci Zirvə Oyunları”na qatıldılar

May ayının 6-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün təntənəli qeyd edilməsi məqsədilə yeniyetmələr arasında 5-ci “Zirvə Oyunları” çərçivəsində cüdo yarışları keçirilib. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançıların qatıldığı bu yarış artıq böyük ənənə halını almaqdadır.
Builki yarışlarda 3 idman növü – ağır atletika, cüdo və bədii gimnastika üzrə medal mübarizəsi olacaq. Yarışlarda Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirvə” Beynəlxaql İdman Klubunun klub və bölmələrinin həkim müayinəsindən kecmiş, dəvət əsasında idmançıları iştirak edə bilərlər.
“Zirvə Oyunları”nın keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
Cüdo üzrə yarışlar 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında 46, 50, 55, 60, 66 və 73 kq cəki dərəcələrində keçirildi. Hər yaş qrupunda və cəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə İnternational Sport Clubs” MMC-nin kubok, medal və diplomları ilə mükafatlandırıldılar.


Nəticələrlə aşağıda tanış ola bilərsiniz:

46 kq
1. Elcan Azməmmədov (Abşeron)
2. Xəzər Abbasov (Abşeron)
3. Mehman Babayev (İsmayıllı)
3. Vüqar Əliyev (Sumqayıt)

50 kq
1. Məhərrəm Mehdiyev (İsmayıllı)
2. Araz Yaqublu (Abşeron)
3. Fərid Niftəliyev (Sumqayıt)
3. Cavid Rzayev (Sumqayıt)

55 kq
1. Orxan Məmmədəliyev (Sumqayıt)
2. Elşən Əsədov (Bakı)
3. Tahir Nəsibov (Sumqayıt)
3. Sənan Quluzadə (İsmayıllı)

60 kq
1. Murad Eyvazov (Sumqayıt)
2. Novruz Kərimov (Sumqayıt)
3. İlkin Səkiyev (Abşeron)
3. Əhməd Əliyev (Abşeron)

66 kq
1. Anar Əliyev (Sumqayıt)
2. Murad Məmmədov (Sumqayıt)

73 kq
1. Rəsul Ağamalıyev (İsmayıllı)
2. Elcan Yunisov (Sumqayıt)

SHARE
Şərh yaz