Cüdoçularımız 8 medalla Azərbaycan birinciliyinə vəsiqə qazandılar

Dekabrın 25-də Qusar şəhərində Şimal-Şərq regionu üzrə yeniyetmələr arasında cüdo birinciliyi keçirilib. Yarışda “Zirvə” cüdoçuları da çıxış ediblər.

Məşqçilər Hətəm və Elməddin Əhmədovların rəhbərliyi altında idmançılarımız 2 qızıl, 5 gümüş və bir bürünc medal əldə ediblər.

46 kq. Vəlizadə Turac – gümüş medal

50 kq. Məmmədov Xalid – qızıl medal

50 kq. Davudov Nürəddin – gümüş medal

50 kq. Mirzəli Rəvan – bürünc medal

55 kq. Həsənov Emin – qızıl medal

55 kq. Sultanli Nihad – gümüş medal

60 kq. İsgəndərzadə Səməd – gümüş medal

66 kq. İsmayilzadə İsmayıl – gümüş medal

Medalçılarımız “Zirvə”ni Azərbaycan birinciliyində təmsil etmək vəsiqəsi qazanıblar.

Təbrik edirik!

SHARE
Şərh yaz