Cüdoçularımız bir qızıl və 2 gümüş medal qazandılar!

cccBu gün Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan Birinciliyinə start verilib. 49 komandanın iştirak etdiyi yarışda 270 cüdoçu (231 oğlan, 39 qız) fəxri kürsünün yüksək pillələrinə çıxmaq üçün mübarizə aparır. Onların arasında “Zirvə” cüdoçuları da var.
Yarışın ilk günündə oğlanlar arasında 60 kq, 73 kq, 81 kq, qızlarda isə bütün çəki dərəcələrində çıxış edən cüdoçular medallar uğrunda qüvvələrini sınayıblar.
Artıq 3 medal xəbəri də almışıq.
Belə ki, qadınların yarışında 52 kq çəki dərəcəsində Mehdiyeva Zəhra çıxış edib. “İsmayıllı-Zirvə” təmsilçisi bürünc medala sahib çıxıb.
Daha bir İsmayıllı cüdoçusu 57 kq çəki dərəcəsində yarışıb. Şəfiqə Məmmədova da bürünc medal əldə edib.
“Abşeron-Zirvə” təmsilçisi Həsənli Günel də bizi sevindirib. 78 kq çəkid rəcəsində bütün rəqiblərini yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həmişə olduğu kimi “Zirvəçilər” öz gücünü ortaya qoymağı bacardı.
İdmançıları, onların məşqçilərini təbrik edir, bütün yarışlardan zirvədə yer almalarını arzulayırıq!

Qeyd edək ki, Azərbaycan Birinciliyinə sabah yekun vurulacaq.

gunel-hesenli-2gunel-hesenli

SHARE
Şərh yaz