Cüdoçularımız Gəncədən 6 medalla döndülər

sekilBugünlərdə SSRİ İdman Ustası, Əməkdar məşqçi, Ziyabil Abbasovun xatirəsinə həsr olunmuş “Gəncə” İdman Klubunun cüdo üzrə 2003-2004 və 2005-2007-ci illər arasında açıq birinciliyi keçirilib. Gənc Olimpiya-İdman Kompleksinin yarış zalında baş tutan turnirdə “Zirvə” cüdoçuları da iştirak ediblər. Elməddin və Hətəm Əhmədovların rəhbərliyi altında çıxış edən idmançılarımız uğurlu çıxışla yadda qalıblar.
“Zirvəçilə” 4 qızıl və 2 bürünc medalla yarışın ən yaxşıları sırasında yer alıblar. 18 kq çəki dərəcəsində Cahid Əhmədov, 24 kq-da Turac Vəlizadə, 27 kq-da Xalid Məmmədov, 34 kq-da Murad Əliyev 1-ci, 30 kq-da Emin Həsənov və 46 kq-da Elcan Azməmmədov 3-cü yeri tutaraq fəxri kürsünün müvafiq pillələrinə qalxıblar.
Bu qələbələr münasibətilə cüdoçularımız və onların məşqçilərini təbrik edir, daha böyük yarışlardan da zəfərlə qayıtmalarını arzulayırıq!

13557948_1770478583196008_409954676610107797_n13567403_1770478963195970_161185217264473169_n13590378_1771715546405645_6948525863557865234_n13592313_1770478593196007_1197052264033025854_n13681770_882607431882991_189436746_o13699509_882607288549672_2011046499_o13702282_882607295216338_287563228_o13709486_882607278549673_404274669_o13709507_882607301883004_305203707_o13709593_882607328549668_771803752_o13709626_882607385216329_2070921610_o13711478_882607318549669_2031919521_o13728339_882607171883017_113835847_o13815149_882607578549643_1467953066_n13816983_882607535216314_697449187_n13817233_882607568549644_55489948_n13819570_882607511882983_1356721688_n13819846_882607261883008_1338083459_n13820463_882607528549648_1407639686_n

SHARE
Şərh yaz