Cüdoçularımız Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq turnirdə uğur qazandılar

c3

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri keçirilib. Yarış Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub. Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin yeniyetmə cüdoçuları mübarizə aparırlar. 38 komandadan 335 cüdoçunun qatıldığı çempionat 2 gün davam edib. Bu mötəbər yarışda “Zirvə” cüdoçuları da medal mübarizəsinə qoşulublar. Hətəm və Elməddin Əhmədovların rəhbərliyi altında çıxış edən idmançılarımız fəxri kürsüyə qalxaraq klubumuzu layiqincə təmsil ediblər.
Gənc qızımız Nərgiz Soltanova 28 kq çəki dərəcəsində yarışıb. “Abşeron-Zirvə” təmsilçisi yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Daha 3 medalı isə oğlanlar qazanıblar. 30 kq çəki dərəcəsində Həsənov Emin bizi bürünc medalla sevindirib. 34 kq çəki dərəcəsində isə “Abşeron-Zirvə”çilər birdən-birə iki cüdoçumuz fəxri kürsüyə qalxıb. Hacıyev Oruc bürünc medal əldə edib. Azərbaycanda öz çəkisində rəqib tanımayan Murad Əliyev bu adı yenidən sübut edib. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gözəl qələbələrdə əməyi olan məşqçiləri, həmçinin cüdoçularımızı təbrik edir, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

c1c2c3c4

SHARE
Şərh yaz