Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən bölgə birinciliklərinə Xaçmazda yekun vurulub. Bu dəfə 2002-2004-cü il təvəllüdlü cüdoçular arasında bütün qaliblərin adlarına aydınlıq gəlib.
Mükafatçılar arasında “Abşeron-Zirvə” İdman Klubunun üzvləri də olub. Elməddin Əhmədov və Hətəm Əhmədovun rəhbərliyi altında çıxış edən cüdoçularımızdan qızlarda 48 kq-da Quliyeva Nuray 1-ci, oğlanlarda 46 kq-da Əliyev Murad 1-ci, Məmmədgil Alper və Əhmədov Qaçay 3-cü, 50 kq çəki dərəcəsində Oruc Hacıyev 1-ci, 60 kq-da Fuad Hüseynov, 66 kq-da İlkin Şəkiyev 2-ci yeri tutub. Yarışın mükafatçılarına Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.
Cüdoçularımızı təbrik edirik!