23-25 noyabr tarixlərində Tovuz rayonunda 2006-08-ci il təvəllüdlü yeniyetmələrin XII respublika oyunları çərçivəsində cüdo yarışları keçirilib. Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 29 klubdan 136 oğlan və 45 qız cüdoçu medallar uğrunda mübarizə aparıb. Onların arasında “Zirvə” cüdoçuları da olub.
“Abşeron-Zirvə” cüdoçularında Nihad Sultanlı 38 kq-da, Xalid Məmmədov isə 42 kq-da bürünc medala sahib çıxıb. Eyni uğura 60 kq çəki dərəcəsində “İsmayıllı-Zirvə” cüdoçusu Ruslan İsmayılov imza atıb.
Cüdoçularımız və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!