Cüdoçularımız şimal-şərq bölgə yarışında 10 medal qazandılar

Qubada Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. Şimal-Şərq bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.
2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində Quba, Qusar, Xızı, Şabran, Siyəzən, Xaçmaz və Abşeron cüdoçuları mübarizə aparıblar.
Hətəm və Elməddin Əhmədovların rəhbərliyi altında “Abşeron-Zirvə” cüdoçuları bu yarışda uğurla çıxış ediblər. 2004-2006-cı illər təvəllüdlü cüdoçuların yarışında komandamız 4 qızıl və 3 gümüş, 2001-03-cü illərdə isə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla fərqləniblər. Fəxri kürsüyə qalxan idmançılarımızın siyahısını təqdim edirik:

2004-06-cı illər
Qızıl
Nərmin Soltanova – 28 kq
Səbinə Abbasova – 48 kq
Murad Əliyev – 38 kq
Sənan Ağayev – 66 kq
Gümüş
Emin Həsənov – 34 kq
Alper Mamadgil – 38 kq
Sənan Azadov – 60 kq

2001-03-cü illər
Qızıl
Araz Yaqublu – 50 kq
Gümüş
Həsən Rzayev – 46 kq
Bürünc
Oruc Hacıyev – 46 kq

Komandamızın bütün üzvlərini təbrik edirik!

SHARE
Şərh yaz