Cüdoçularımız uğurlu çıxış etdilər

Qusar şəhərində U-15 yeniyetmələr arasında cüdo üzrə bölgə birinciliyi keçirilib. 16 mart 2022-ci il tarixində Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışda şimal-şərq regionundan olan 153 idmançı arasında medalçılar bəlli olub. 2008-2010-cu il təvəllüdlü 6 qız və 147 oğlan cüdoçunun iştirak etdiyi yarışda oğlanlar arasında 10 çəki dərəcəsində, qızlar arasında isə 3 çəki dərəcəsində qaliblər müəyyənləşib. Mükafatçılar Bakı şəhərində keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanıblar.

Uğur qazananlar arasında həmişəki kimi “Abşeron-Zirvə” təmsilçiləri də olub. İdmançılarımız təcrübəli mütəxəssislər Elməddin və Hətəm Əhmədovların rəhbərliyi altında 7 medal qazanıblar. Onları sizə təqdim edirik:

Qızlar
36 kq. Hüsna Səmədli – 1-ci yer

Oğlanlar
34 kq. Ömər Muradov – 2-ci yer.
42 kq. Nəcəf Nəsrullayev – 1-ci yer.
42 kq. İlkin Nuriyev – 3-cü yer.
42 kq. Ağahüseyn Atakişiyev – 3-cü yer.
46 kq. Telman Əliyev – 1-ci yer.
66 kq. Nahid Əzizov – 1-ci yer.

Cüdoçularımızı təbrik edirik!

SHARE
Şərh yaz