İyunun 20-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində milli qəhrəman Niyazi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib. Yarışda məşqçimiz Elməddin Əhmədovun rəhbərliyi altında “Abşeron-Zirvə” təmsilçiləri də iştirak ediblər. İdmançılarımız 4 qızıl və 3 bürünc medalla fərqləniblər.
Onlardan İlkin Nuriyev (42 kq), Riyad Rəhimov (55 kq) və Tahir Allahverdiyev (+70 kq) bürünc, Həsən Muradov (21 kq), Nəcəf Nəsrullayev (34 kq), Ağa Atakişiyev (42 kq) və Nihad Sultanlı (50 kq) qızıl medala sahib çıxıblar.
Təbrik edirik!