Cüdoçularımız Xızıda uğurla çıxış etdilər

14233158_1111937015560641_3089369532170805998_nSentyabrın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində şəhid Ravil Novruzovun xatirəsinə həsr olunmuş 2003-04-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo birinciliyi keçirilib. Ölkənin bir çox regionlarından gələn gənc idmançıların qatıldığı bu yarış çox maraqlı mübarizə şəraitində keçib. Turnirdə “Zirvə” İdman Klubunun cüdoçuları da çıxış edərək uğur qazanıblar.
Hətəm Əhmədovun rəhbərliyi altında yarışan “Abşeron-Zirvə”çi yeniyetmələrimiz 4 qızıl, 2 gümüş və 3 bürünc əldə edərək bütün rəqiblərini üstələyiblər. Cüdoçularımızı uğurlu çıxış münasibətilə təbrik edir, növbəti yarışlardan da qələblərlə dönmələrini arzulayırıq.
Bütün medalçılarımızın siyahısını sizə təqdim edirik:

Qızıl medalçılar:
Vəlizadə Turac – 24 kq
Həsənov Emin – 30 kq
Əliyev Murad – 34 kq
Hacıyev Oruc – 38 kq

Gümüş medalçılar:
Rzayev Orxan – 27 kq
Əhmədov Qaçay – 34 kq

Bürünc medalçılar:
Abışov Tərlan – 38 kq
Əliyev Hüseyn – 38 kq
Azməmməd Elcan – 50 kq

SHARE
Şərh yaz