Cüdoçularımız Xızıdakı turnirdə qələbə qazandılar

15181688_1370004869718845_2767210197174903978_nNoyabrın 26-da Xızıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib. “Zirvəçilər” Hətəm Əhmədovun rəhbərliyi altında geniş heyətlə bu yarışa qatılaraq uğur əldə ediblər. Birincilik 2005-07-ci illər təvəllüdlü cüdoçular arasında təşkil olunub. Komandamız 1 qızıl, 2 gümüş və 6 bürünc medalla rəqiblərini üstələməyi bacarıb.
Nəticələrimiz belədir:

24 kq çəki dərəcəsi
Atakişiyev Agahüseyin 2-ci yer
Vəlizadə Turac 3-cü yer

30 kq çəki dərəcəsi
Məmmədov Xalid 1-ci yer
Nəsrullayev Kamran 3-cü yer
Məmmədli Murad 3-cü yer

34 kq çəki dərəcəsi
Axundov Asif 3-cü yer

38 kq çəki dərəcəsi
Səmədov Hikmət 2-ci yer
Hüseynov Tehran 3-cü yer

46 kq çəki dərəcəsi
Pirəliyev Turqay 3-cü yer

Qaliblərimizi təbrik edir, qarşıdakı yarışlarda da uğur qazanmalarını arzulayırıq.

SHARE
Şərh yaz