Cüdoçularımız yenidən zirvəyə yüksəldilər!

12919630_1002393989848278_6097121845419881964_n

Martın 27-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında 2 saylı Respublika İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) cüdo üzrə açıq birinciliyi keçirilib. 2002-04-cü il təvəllüdlü oğlanlar arasında keçirilən turnirdə “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də iştirak ediblər.

Məşqçilərimiz Hətəm və Elməddin Əhmədov qardaşlarının rəhbərliyi altında tatamiyə çıxan cüdoçularımız uğur qazanıblar. “Zirvəçilər” 4 qızıl, 1 gümüş və 2 bürünc – Hacıyev Oruc (30 kq), Əliyev Murad (34 kq), Abbasov Xəzər (38 kq) və Yaqublu Araz (50 kq) qızıl, Həsənov Emin (30 kq) gümüş, Əhmədov Qaçay (34 kq) və Əsədli Asəf (60 kq) bürünc medala sahib çıxıblar.

Klubumuz həmçinin komanda hesabında da zirvəyə qalxıblar. Hamıdan çox medal qazanan “Zirvə” rəqiblərini üstələyərək qalib olub.

Təbrik edirik!

SHARE
Şərh yaz