“Zirvə” Beynəlxalq İdman Klubunun yeniyetmə cüdoçuları növbəti yarışda iştirak ediblər. “Zenit” İdman Cəmiyyətinin (Respublika, şəhər və ya rayon şuraları) 2002-2004-cü il təvəllüdlü idmançılar arasında açıq birinciliyində 12 təmsilçimiz çıxış edib. Sevindiricidir ki, onlardan 7-si medal qazanaraq fəxri kürsüyə qalxa biliblər. Onlardan biri qızıl, biri gümüş, beşi isə bürünc medal idi.
İdmançıları və məşqçilərimizi təbrik edir, uğurlar arzulayırıq!
1. Məmmədzadə Ömər – 1-ci yer
2. Abbasov Xəzər – 2-ci yer
3. Əzimov Murad – 3-cü yer
4. Səmədov Hikmət – 3-cü yer
5. Əliyev Nurlan – 3-cü yer
6. Ağayev Qəzənfər – 3-cü yer
7. Səfərli Ayxan – 3-cü yer