Cüdoçularımızdan beynəlxalq turnirdən üç medal

Oğuz Olimpiya İdman Kompleksində kiçik yaşlı yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizin 37 klubunun cüdoçuları ilə yanaşı Gürcüstan idmançıları da iştirak ediblər. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən açıq birincilikdə 350-dən çox yeniyetmə medallar uğrunda mübarizə aparıb.
İştirakçılar arasında “Zirvə” cüdoçuları da olub. Onlar uğurlu çıxış edərək 3 bürünc medalla fərqləniblər. 30 kq çəki dərəcəsində Tunar Məmmədli, 60 kq çəki dərəcəsində Turan Sadıqov, 66 kq çəki dərəcəsində is Elmar Abışov fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Bu uğur münasibətilə idmançılarımızı, həmçinin onların məşqçiləri və əməyi olan hər kəsi təbik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

SHARE
Şərh yaz