14-16 mart tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 74 klubdan 651 cüdoçu (567 oğlan, 84 qız) mübarizə aparıb. Onların içərisində “Zirvə” İdman Klubunun cüdoçuları da olub. Hətəm Əhmədovun rəhbərliyi altında yarışa qatılan idmançılarımız iki medal qazana biliblər.
Qızların mübarizəsində 28 kq çəki dərəcəsində Nərmin Soltanova gümüş medal əldə edib. Oğlanlarda isə 42 kq çəki dərəcəsində Murad Əliyev bürünc medal qazanıb.
Cüdoçularımız və məşqçilərimiz təbrik edir, qarşıdakı yarışlada da uğurlar arzulayırıq!