Cüdoçularımızdan növbəti uğur!

Yanvarın 24-27-də Sərhədçi Olimpiya İdman Kompleksində kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyi keçirilib. Dörd gün davam edən yarışda 43 klubdan 420 yeniyetmə cüdoçu qüvvəsini sınayıb. Onların içərisində “Zirvə” İdman Klubunun yetirmələri də olub.
Yarışın ilk günündə qızlar 25 kq, 28 kq, 32 kq, 36 kq, 40 kq çəki dərəcələrində, oğlanlar isə 27kq, 30 kq, 34 kq, 38 kq, 42 kq çəki dərəcələrində cüdoçular mübarizə aparıb. Sevindiricidir ki, iki cüdoçumuzu uğurla çıxış edərək Azərbaycan birinciliyinin mükafatçısı olublar.
Oğlanların 27 kq çəki dərəcəsində Turac Vəlizadə yarışıb. “Abşeron-Zirvə” cüdoçusu bürünc medal uğrunda görüşdə qalib gələrək fəxri kürsüyə qalxıb.
Qızların 25 kq çəki dərəcəsində mübarizəsində klubumuzu Nərmin Soltanova təmsil edib. O, final görüşündə qalib gəlməklə qızıl medala sahib çıxıb.
Təcrübəli mütəxəssis Hətəm Əhmədovun rəhbərliyi altında çıxış edən yeniyetmə cüdoçularımızı təbrik edir, gələcək bütün yarışlarında uğurlar arzulayır, məşqçilərinə və özlərinə təşəkkür edir, minnətdarlığımızı bildiririk.


SHARE
Şərh yaz