Cüdoçumu Bakı birinciliyinin qalibi oldu

gunel-hetem17-18 sentyabr tarixlərində Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Bakı Şəhər Açıq Birinciliyi keçirilib. 22 komandanın iştirat etdiyi yarışda 208 cüdoçu fəxri kürsünün yüksək pillələrinə çıxmaq üçün mübarizə aparıb. Onlar içərisində “Zirvə” cüdoçusu da olub. Qadınların yarışında “Abşeron-Zirvə” təmsilçisi Həsənli Günel də olub.

Hətəm Əhmədovun rəhbərliyi altında tatamiyə çıxan təmsilçimiz 78 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.

Güneli təbrik edir, ona qarşıdakı yarışlarda da zirvələrdə yer almağı arzulayırıq!

SHARE
Şərh yaz