23-24 aprel 2022-ci il tarixlərində Fransanın Strasburq şəhərində yeniyetmələrin Avropa Kuboku keçirilib. Yarışda 20 ölkədən 374 idmançı iştirak edib. Yeniyetmələrdən ibarət yığma komandamız uğurlu çıxışa yadda qalıb və 9 medal qazanıb. Həmin medallardan birinin müəllifi “Zirvəçi” olub.
Cüdoçumuz Xaliq Məmmədov təcrübəli mütəxəssi Elməddin Əhmədovun rəhbərliyi altında tatami üzərinə çıxıb. O, 50 kq çəki dərəcəsində yarışıb. Bürünc medal uğrundan görüşdə Xaliq fransalı rəqibi Elyas Kpadonouya qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə qalxmağı bacarıb.
Ümumilikdə, komandamız yarışı sıralamada ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yerdə tamamlayıb.
Təbrik edirik!