Cüdoçumuz Azərbaycan çempionu oldu!

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Hətəm Əhmədovun rəhbərliyi altında “Zirvə” İdman Klubunun cüdoçuları da iştirak edib.

63 kq çəki dərəcəsində Leyla Hüseynova bürünc medala sahib çıxıb.

Günel Həsənli isə 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu olub.

İdmançılarımızı təbrik edir, ona gələcək yarışlarda da uğurlar arzulayırıq!

SHARE
Şərh yaz